Azərbaycan millisinin üzvü bölgə klubuna keçdi - SON DƏQİQƏ

2 Avqust 2022 22:20 Şamaxı 1 943
Azərbaycan millisinin üzvü bölgə klubuna keçdi - SON DƏQİQƏ

Yeni mövsümə hazırlıqları doğma rayonda davam etdirən ”Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.

Bölgə klubu “Zirə”nin üzvü Cəlal Hüseynovu heyətinə qatıb.

Milli komandamızın da üzvü olan müdafiəçi qarşıdakı mövsümü icarə əsasında Şamaxı təmsilçisində keçirəcək.

Bu, onun karyerasında ikinci klub kimi yadda qalacaq.

Belə ki, 19 yaşlı gənc oyunçunun karyerası yalnız yetişdiyi “Zirə” ilə bağlıyıdı.

Cəlal Hüseynov ümumilikdə “Zirə” forması ilə meydana çıxdığı 42 qarşılaşmada 1 qolla yadda qalmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti