Ötən mövsümü “Şamaxı”da keçirmiş Merab Qiqauri Azərbaycana qayıtmaqdan imtina edib.
29 yaşlı yarımmüdafiəçi “Turan Tovuz” və “Kəpəz“in təklifini geri çevirib.
Vaxtilə “Torpedo”(Kutaisi), “Yagelloniya”, “Metallurq”(Rustavi), “Kolxeti”, “Rustavi” klublarında oynamış Merab Azərbaycanda “Qəbələ” və “Şamaxı”nın formasını geyinib.
O, Gürcüstanın əsas millisində 1 oyun keçirib. Orta sahə oyunçusu karyerasını vətənində davam etdirəcək.
Merab şəxsi işləri səbəbindən minimum 6 ay yerli klubların biriylə müqavilə bağlayacağını Azərbaycandan onunla əlaqə saxlayan funksionerlərin diqqətinə çatdırıb.
SPORTİNFO.AZ

