Premyer Liqanın ən kasıb klubu – O qədər az maaş verirlər ki…

20 İyul 2022 19:00 Şamaxı 1 549
Premyer Liqanın ən kasıb klubu – O qədər az maaş verirlər ki…

Şamaxi rayon İcra Hakimiyyətinin himayəsi altına keçən eyniadlı klubun maaş fondu məlum olub.

Komandanı Cavid Hüseynova tapşıran yeni rəhbərlik minimum və maksimum məbləği müəyyənləşdirib.

Əyalət təmsilçisinin futbolçulara təklif etdiyi əməkhaqqı ən yaxşı halda 3000-4000 manat verəcək. Ən az alanlar isə 500-1000 manatla kifayətlənməli olacaq.

Necə deyərlər, “Şamaxı” indidən Premyer Liqanın autsayderi olmağa hazırlaşır. Onu da yaddan çıxarmayaq ki, bölgə komandası Premyer Liqanın gələn mövsümündə legionerlərin xidmətindən istifadə etməyəcək.

Bu, baş məşqçi postuna gətirilən Cavid Hüseynovun qərarı deyil. O, əcnəbi futbolçuların xidmətində maraqlı olsa da, rayonun icra başçısı Tahir Məmmədov buna qarşı çıxıb.

Klubu nəzarətinə keçirən T.Məmmədov oyunçuların xaricdən dəvət edilməsini istəməyib, gənc çalışdırıcıya yalnız yerlilərə güvənməsini istəyib.

Bu gün üçün vəziyyət və qərar belədir.

Təbii ki, C.Hüseynov düşdüyü durumdan haqlı olaraq narazıdır. Axı başa düşür ki, legionerlər gətirmədən normal komanda formalaşdırmaq qeyri-mümkündür.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti