"Səbail" bu bəladan "sağ çıxdı"

21 Noyabr 2020 23:00 Səbail 797
"Səbail" bu bəladan "sağ çıxdı"

Bəzi futbolçuların COVID-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmış "Sabah" - "Səbail" oyununun vaxtı müəyyənləşib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüş noyabrın 23-də keçiriləcək.

"Bank Respublika Arena"dakı qarşılaşma saat 16:00-da başlayacaq.

"Dənizçilər"in müvəqqəti icraçı direktoru Fərəc Əliyev bildirib ki, dünən götürülmüş analiz nəticələri 4 futbolçuda müsbət çıxdığı üçün bu addım atılıb.

Fəqət onların heç birində simptomlar yoxdur. Həmin oyunçular bu gün səhər saatlarında təkrar testdən keçiblər. Nəticələr axşamadək bilinəcək. Bundan sonra oyunla bağlı yekun qərar veriləcək. Testlər mənfi olsa, qarşılaşma sabah baş tuta bilər.

Təəssüf ki, Fərəc Əliyev həqiqəti demir. Nadir hallarda medianın önünə çıxan, suallardan yayınmağa adət edən, başqa sözlə, özünü "bayram şəkərbura"sı kimi aparan F.Əliyev əsl gercəyi yenə ictimaiyyətdən gizlədib.

Redaksiyamıza daxil olan məlumata görə, əslində, "Səbail"də koronavirus şübhəsi ilə üzləşənlərin sayı 12-dir.

Onların əksəriyyəti futbolçudur və aralarında Kamran Ağayevlə Əfran İsmayılovun da adı çəkilir. Digərləri isə texniki personal və klub əməkdaşlarıdır.

Digər Xəbərlər
Xəbər Lenti