Rusiya Birinci Liqasında 11-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Ramil Şeydayevin çıxış etdiyi “Soçi” səfərdə “Veles Moskva”nın qonağı olub.
Matç həmyerlimizin komandasının qələbəsi ilə yekunlaşıb – 2:1.
Oyunda hesabı 37-ci dəqiqədə meydan sahibləri açıb.
Start heyətdə oyuna başlayan Ramilin əvəzlənməsindən sonra (68) qonaqlar geridönüş etməyi bacarıb. “Soçi” 78 və 90+3-cü dəqiqələrdə fərqlənərək qələbəni təmn edib.
Qələbə sayəsində xallarının sayını 22-ə çatdıran “Soçi” turnir cədvəlində ikinci pilləyə yüksəlib.
