U-22 Avropa çempionatında mübarizə apardıq, İtaliyaya uduzduq

04:10 Voleybol 101
U-22 Avropa çempionatında mübarizə apardıq, İtaliyaya uduzduq

Azərbaycanın çimərlik voleybolçuları İspaniyanın paytaxtı Madriddə keçirilən U-22 Avropa çempionatında mübarizə aparıblar.

Sportinfo.az-ın Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, turnirdə ölkəni İbrahim Məmmədov – Məhəmməd Aslanlı və Səbinə Əlizadə – Leyla Əliyeva cütlükləri təmsil ediblər.

İ.Məmmədov – M.Aslanlı dueti təsnifat mərhələsində İtaliyaya (0:2) və İsrailə (1:2) məğlub olublar.

Əsas mərhələdə çıxış edən S.Əlizadə – L.Əliyeva tandemi isə İtaliya (0:2), Çexiya (0:2) və Danimarka (0:2) komandalarına uduzublar.

Sentyabrın 9-13-də təşkil olunan qitə birinciliyində oğlanların yarışında 26 ölkədən 32 cüt, qızların mübarizəsində isə 22 ölkədən 28 cüt qüvvəsini sınayıb.

Azərbaycanın çimərlik voleybolçuları sentyabrın 17-20-də Türkiyənin İzmir şəhərində keçiriləcək U-18 Avropa çempionatında da iştirak edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar