Yeni yaradılan millimiz Moldova və Yaponiya ilə qarşılaşacaq

07:40 Milli komanda 82
Yeni yaradılan millimiz Moldova və Yaponiya ilə qarşılaşacaq

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycan U-20 millisi oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya ilə qarşılaşacaq.

Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

U-20 millisinin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM