“Olimpiya ümidləri” keçiriləcək, ölkəmizi 6 nəfər təmsil edəcək - FOTOLAR

16 Sentyabr 07:10 Digər növlər 329
“Olimpiya ümidləri” keçiriləcək, ölkəmizi 6 nəfər təmsil edəcək - FOTOLAR

15-20 sentyabr 2026-cı il tarixlərində Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası yarışda 6 idmançı ilə təmsil olunacaq.

Kayak yarışlarında Mustafa Vəlizadə, Elmir Tarverdiyev və İvan Vorobjanskiy, kanoe yarışlarında isə Hüseyn Səmədli, Fəxri Sadıqlı və Vaqif Mustafazadə mübarizə aparacaqlar.

Azərbaycan nümayəndə heyətində böyük məşqçi Boqdan Kurudz və komanda rəhbəri Elvin Heydərov da yer alacaq.

Beynəlxalq turnir gənc kayak və kanoeçilərin beynəlxalq səviyyədə təcrübə qazanması və rəqabət mühitində öz bacarıqlarını nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.






Digər Xəbərlər
Xəbər Lenti