Naxçıvan klubu transfer etdi, 1 illik sözləşmə imzaladı

16 Sentyabr 07:20 Basketbol 413
Naxçıvan klubu transfer etdi, 1 illik sözləşmə imzaladı

"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanlı oyunçu ilə 1 illik sözləşmə imzalanıb. 182 sm boya malik 22 yaşlı basketbolçunun son klubu "Ordu" olub.

Səid İsmayılov həmçinin Azərbaycan millisinin geniş heyətində də yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti