"Avropa çempionatının favoritlərindən biri idik"

08:00 Basketbol 82
"Avropa çempionatının favoritlərindən biri idik"

Qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Belçikanın Antverpen şəhərində keçirilmiş Avropa çempionatının favoritlərindən biri olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a komandanın üzvü Dina Ulyanova açıqlama verib.

O, bürünc medal qazandıqları yarışla bağlı fikirlərini bölüşüb:

"Hesab edirəm ki, komandamız bu turnirin favoritlərindən biri idi. İlk oyun potensialımızın əsl göstəricisi deyildi, çünki uzun müddət idi ki, tam əsas heyətlə oynamamışdıq.

Üstəlik, cəmi 6 gün əvvəl qızlar Dünya Seriyasının final mərhələsində üç nəfərdən ibarət heyətlə mübarizə aparmışdılar".

D.Ulyanova İspaniyaya qarşı uğursuz oyunun onları qızıl medal uğrunda mübarizədən kənarlaşdırdığını söyləyib:

"Çətin qarşılaşma idi və atışlarımız səbətdən geri qayıdırdı, rəqibin isə bəxti gətirirdi və onlar son saniyələrdə xal qazana bildilər.

Buna baxmayaraq, bürünc medalı əldə edə bildik. Çətin mövsümə baxmayaraq, Avropa Kubokunda üçüncü yeri tutmaq, fikrimcə, çox dəyərli nailiyyətdir".

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa çempionatında üçüncü yer uğrunda görüşdə Sloveniyaya 21:18 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar