Premyer Liqada bir klubdan digərinə transfer

9 May 2020 13:12 Səbail 586
Premyer Liqada bir klubdan digərinə transfer

2019-cu ilin yanvarından "Səbail"də forma geyinən Aleksandr Rıbka klubunu dəyişməyə hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, ukraynalı qapıçısı Premyer Liqamızın başqa bir iştirakçısından təklif alıb. Hazırda tərəflər arasında danışıqlar gedir.

Rıbkanın Bayıl təmsilçisi ilə sözləşməsinin bitməsinə hələ 1 il qalıb. O, ötən ilin yayında müqaviləsini 2 illik uzatdığından, "Səbail"i öz fikri ilə tərk edə bilməz.

Bunun üçün "dənizçilər"in razılıq verməsi şərtdir. İndi iş orasındadır ki, "Səbail" anlaşma öhdəliklərini yerinə yetirməyə çətinlik çəkir. Çünki ukraynalı kiper yüksəködənişli futbolçulardan biridir. Klubun artıq xərcdən qurtulmaq üçün onunla vidalaşmağa müsbət yanaşacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı