"Səbail"in axtardığı yar idi, yetirdi pərvərdigar? – VİDEO-BLOQ

11 Fevral 12:16 Səbail 746
"Səbail"in axtardığı yar idi, yetirdi pərvərdigar? – VİDEO-BLOQ

"Səbail”ə yeni futbolçu qoşulub.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Çikito Lema Mabidini transfer edib.

26 yaşlı oyunçu artıq bir neçə gündü Bakıdadı. O hətta “Keşlə” ilə Premyer Liqa matçını da stadiondan izləyib. Yaxın zamanda transfer rəsmən açıqlanacaq.

Mabidi son olaraq Mərakeşin “Raca Kasablanka” klubunda çıxış edib. O, karyerası ərzində ölkəsində “AS Vita Klub” və Tunisdə “Sfaksien”in də formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.

Xəbər Lenti