Azərbaycanda çıxış edən legioner öz klubunu “soydu“

29 Yanvar 2020 14:38 Səbail 2 154
Azərbaycanda çıxış edən legioner öz klubunu “soydu“

“Sabah” dünən heyətini yeni futbolçu ilə gücləndirib.

Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçukla 1,5 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu karyerası ərzində “Daçiya” (Moldova) və “Jilina”nın (Slovakiya) uğurları üçün çalışıb.

Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova yığmasında 19 oyun keçirib. Onun son komandası “Səbail” olub.

Sportinfo.az-ın məlumatına görə, adıçəkilən legioner Azərbaycanda klubunu dəyişməsindən qazanclı çıxıb. Belə ki, moldovalı “Səbail“dən bu mövsüm üçün 110 min dollar alıb.

Yayda 130 min dollara birillik müqavilə bağlayan Koçuka müqaviləsini pozmaq qarşılığında yanvar, fevral və mart aylarının maaşı bəribaşdan ödənilib. O, cəmi 2 ayın - aprel və mayın əməkhaqqısından imtina edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!