10-a yaxın klub üzünə qapı açmadı, bura məcburiyyətdən gəldi - FOTO 

28 Sentyabr 2023 17:00 Səbail 2 327
10-a yaxın klub üzünə qapı açmadı, bura məcburiyyətdən gəldi - FOTO 

“Səbail” bu gün heyətinə daha bir legioner qatıb.

“Dənizçilər” fransalı müdafiəçi Silvayin Deslandeslə müqavilə imzalayıb.

26 yaşlı əcnəbi 3 nömrəli forma ilə çıxış edəcək.

Fransanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının formasını geyinib.

“Kan”ın yetirməsi karyerası ərzində “Vulverhempton”, “Portsmut” (İngiltərə), “Cumilla” (İspaniya), “Arqes” (Rumıniya), “Debretsen”də (Macarıstan) çıxış edib.

sebail-fransali-futbolcu-transfer-etdi

O, “Səbail“i məcburiyyətdən seçib. Menecerlər hələ yayın əvvəlində fransızı Bayıl təmsilçisinə təklif eləyib.

Deslandes həmin vaxt “dənizçilər“lə maliyyə şərtlərindəortaq dil tapa bilməyib.

Aylıq 9000 dollar əməkhaqqı tələb edən cinah oyunçusu daha sonra vətənində və Avropanın bir neçə ölkəsində 10-a yaxın klubla əlaqə saxlayıb, yenə ona yaxın duran tapılmayıb.

Belədə futbolsuz qalacağını görən müdafiəçi təkrar “Səbail“lə təmasa keçib və əvvəlkindən aşağı məbləğə bura gəlməyə razı olduğunu deyib.

Tərəflər arasında bağlanan müqavilənin müddəti 8 aydır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il