
“Zirə” ilə oyunlar həmişə çətin keçir“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah“ın forvardı Coy-Lens Mikels deyib.
Masazır təmsilçisi Premyer Liqanın son turunda “Zirə“nin qonağı olub. Səfərdən 2:0-lıq qələbəylə dönən “tələbələr“ turnir cədvəlinin ikinci pilləsindəki mövqeyi bərkidib.
14 qolla komandasının ən məhsuldar oyunçusu olan almaniyalı bunları söyləyib:
"Bu dəfə də istisna olmadı, qarşılaşma ağır keçdi. Biz hər oyunumuza yalnız bir məqsəd üçün çıxırıq - 3 xal qazanmaq.
Bu oyundan da qələbə ilə ayrılmaq istəyirdik və sevinirəm ki, məqsədimizə çatdıq".