AFFA-dan bunu istədilər – Bizə ayrılan vəsaiti iki dəfə artıra bilərsizmi?

21 İyul 2021 10:40 Səbail 1 044
AFFA-dan bunu istədilər – Bizə ayrılan vəsaiti iki dəfə artıra bilərsizmi?

«Səbail» AFFA tərəfindən kluba ayrıblan yardım paketinin artırılmasını istəyib.

Bu barədə Sportinfo.az-a Bayıl təmsilçisindən bildirilib.

Məlumata görə, «dənizçilər» 200 min manatın məsrəfləri qarşılamamasına dair sənədlər federasiyaya göndərilib. Burada əsas diqqətçəkən məqam akademiya və əvəzedici komandayla bağlıdır.

Belə ki, AFFA «Səbail»dən «dubl»unu I Diviziona buraxmasını tələb edib və istəyinə çatıb. Ötən il isə bu şərt yox idi və qurum 150 min manatlıq cərimə ilə heç bir Premyer Liqa klubunu qayğılandırmamışdı.

İndi ümumi büdcənin aşağı salıınması az imış kimi, əvəzedici komandanın 1 illik fasilədən sonra fəaliyyətini bərpa etməsi maliyyə yükünü artırıb.

Odur ki, «Səbail»in AFFA-nın ötən il onlara ayırdığı 200 minin kifayət eləmədiyi qənaətindədir və bu rəqəmin, heç olmasa, iki dəfə artırılmasını umur.

Digər Xəbərlər
Xəbər Lenti