"Elxan Məmmədov dedi ki, bundan xəbərim var və…"

16 May 2021 20:20 Səbail 139 425
"Elxan Məmmədov dedi ki, bundan xəbərim var və…"

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov «Səbail»in çalışdırıcısı Aftandil Hacıyevlə görüşməsi barədə məlumat vermişdik.

Federasiyadan redaksyamıza daxil olan informasiyaya görə, görüşdə klubun mövcud vəziyyəti geniş müzakirə olunub.

Hacıyev ötən mövsüimdən başlayan maliyyə problemlərinin hələ də davam etdiyini və bunun kollektivdə ciddi narahatlıq yaratdığını söyləyib.

E.Məmmədov «dənizçilər»in üzləşdiyi durumu nəzarətdə saxlayacağını vurğulayıb və Hacıyevə işini davam etdirməyi tapşırıb.

Bildirib ki, «Səbail» yaşayacaq və AFFA bu istiqamətdə kluba yardımçı olacaq. İcraçı vitse-prezident gənc mütəxəssisə növbəti mövsümlə bağlı planlar hazırlamaq göstərişi verib.

Yaxınlarda «Səbail»in idarəçiliyi «əl dəyişib»., Tamerlan Abdullayev klubla bütün əlaqələrini kəsib. 5 il qeyri-rəsmi olaraq prezident səlahiyyətlərini yerinə yetirən AFFA prezidenti Rövnəq Abdullayevin qardaşı oğlu öz istəyi ilə bu addımı atıb.

Redaksiyamıza o da məlum olub ki, «dənizçilər» tamamilə federasiyanın nəzarətinə keçib. Yaxın zamandarda klubun rəhbərliyinə yeni simaların gətirilməsi gözlənilir. Hələlik isə cari işlərə nəzarət icraçı direktor Fərəc Əliyevə tapşırılıb.

A.Hacıyev E.Məmmədovla toplantı barədə Sportinfo.az-a bunları söyləyib: «Görüş təklifi AFFA-dan gəldi. Klubla bağlı geniş və hərtərəfli söhbət etdik. Elxan müəllim bizi çox yaxşı qarşıladı və dinlədi.

Onunla görüşdən çox yaxşı əhval-ruhiyyə ilə ayrıldım. Çünki o, bu illər ərzində gördüyümüz işlərə kifayət qədər müsbət qiymət verdi. Elxan müəllimə üzləşdiyimiz problemləri danışdıq, hər şeyi olduğu kimi söylədik.

Dedi ki, xəbərim var və AFFA olaraq klubun yaşamasına kömək etməyə çalışacağıq. Bizə öz minnətdarlığını bildirdi ki, bu qədər çətinliklərə baxmayaraq, komanda mövsümü axıradək başa vurmağa hazırlaşır.

Yəni ki, komanda dayana da bilərdi və bunun baş verməməsini müsbət hal olaraq qiymətləndirdi.

Açığı, indi daha ümidliyəm. «Səbail» gələn mövsüm də Premyer Liqada çıxış edəcək. Tezliklə büdcə ilə əlaqəli məsələlər də bəlli olmalıdır».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!