"Qəbələ" rəsmisi: "Biz belə təkliflərə hər zaman açıqıq"

12 May 2020 10:52 Qəbələ 582
"Qəbələ" rəsmisi: "Biz belə təkliflərə hər zaman açıqıq"

Sirr deyil ki, digər Premyer Liqa klublarının gözü daha çox "Qəbələ"nin gənc yerli futbolçularındadır.

Əyalət klubunun akademiyasında yetişən yeni nəslin nümayəndələrinə elçi düşənlər kifayət qədərdir.

Amin Seydiyev, Qismət Alıyev, Rövlan Muradov və başqaları iddiaların maraq dairəsindədir. "Qırmızı-qaralar" sərfəli təklif gələcəyi halda, onları satmağa hazırdır.

Bu barədə Sportinfo.az-a klubun baş meneceri Zaur Əzizov bildirib: "Yerli futbolçularımıza təklif həmişə var. Bizim klub belə təkliflərə hər zaman açıq olub və indi də belədir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!