"Qəbələ"dən xahiş etdi: "Məni qaytarın, az maaşa gəlim"

19 Fevral 2020 09:38 Qəbələ 1 468
"Qəbələ"dən xahiş etdi: "Məni qaytarın, az maaşa gəlim"

Qış fasiləsində "Zirə"dən uzaqlaşdırılan Elvin Məmmədov "Qəbələ"yə müraciət edib.

Sportinfo.az-ın məlumatına görə, yarımmüdafiəçi 2017-2018-ci illərdə şərəfini qoruduğu əyalət təmsilçisinə dönmək istəyir. Millinin 32 yaşlı keçmiş üzvü minimum maaşa yenidən qırmızı-qara formanı geyinməyə hazır olduğunu gizlətməyib

Məmmədov "Zirə"yə ötən yay "Sumqayıt"dan keçmişdi. Samir Abasovun təkidi ilə. Qəsəbə klubundan hər ay 8000 manat alırdı. Zaur Həşimovun təyinatından sonra Elvinin qara günləri başladı, yeni il öncəsi əsas komandadan uzaqlaşdırıldı. "Qartallar" onunla vaxtından əvvəl vidalaşmaq üçün 35 min manatından keçib.

Digər Xəbərlər
Xəbər Lenti