"Qəbələ" “Xəzər Lənkəran”ın qapısına 7 cavabsız top vurdu

7 Dekabr 2019 09:42 Qəbələ 1 101
"Qəbələ" “Xəzər Lənkəran”ın qapısına 7 cavabsız top vurdu

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Sportinfo.az xəbər verir ki, “Keşlə”ni qəbul edən U-19 2:0 hesablı qələbə qazanıb. 11 görüşdə 25 xal toplayan “qırmızı-qaralar” ikinci pillədə qərarlaşıb.

U-17 “Xəzər Lənkəran”ın qapısından 7 cavabsız top keçirib. 12 matçda 21 xal toplayan “Qəbələ” turnir cədvəlində 5-cidir. U-15 rəqib meydanında “Sumqayıt”a böyük hesabla qalib gəlib – 3:0. 10 matçda 28 xal toplayan komandamız yarışın lideridir.

Paytaxt zonasında çıxış edən U-14 “Səbail”i 2:0 hesabı ilə üstələyib. Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan aşağı yaş qrupundan olan komandalarımız isə Oğuz UGİM-i ilə görüşüblər.

U-13 7:1, U-12 4:1, U-11 11:3, U-10 7:4 hesabı ilə qələbə qazanıb. Qızlardan ibarət komanda isə Yüksək Liqada “Xırdalan City” ilə heç-heçə edib – 2:2. 9 oyunda 10 xal toplayan “qırmızı-qaralar” 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti