Bu ilin yayında «Zaqatala»nın sükanı arxasından ayrılan Rüstəm Məmmədov II Liqada işləmək imkanı yaxalayıb.
Doquz il baş məşqçisi olduğu I Liqanın iştirakçısını maliyyə çətinliyinə görə tərk edən mütəxəssis «Hypers»dən təklif alıb.
Bu mövsümdən II Liqada Bərdəni təmsil eləyən klub onunla çalışmaq istədiyini bildirib.
«Hypers»i (keçmiş «Quba») himayəsinə götürmüş biznesmenlər komandanın ilk dörd turdakı çıxışından həm narazı, həm də narahatdır.
Sezonun ilk həftələrində 1 qələbə qazanan və 3 dəfə məğlubiyyətlə üzləşən aranlılar turnir cədvəlinin doqquzuncu pilləsində yer alıb. Onların son sıradakı «Şəki» ilə xalları eynidir (3).
SPORTİNFO.AZ
