“Barselona”ya keçmək üçün yenidən cəhd edəcək - Argentinalı hücumçu

18:40 İspaniya 78
“Barselona”ya keçmək üçün yenidən cəhd edəcək - Argentinalı hücumçu

“Atletiko”nun hücumçusu Xulian Alvares qış transfer dövründə “Barselona”ya keçmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Topskills Sports UK” məlumat yayıb.

Kataloniya klubu argentinalı forvardı bu yay transfer edə bilməyib. Alvaresin istəyinə baxmayaraq, “Atletiko” rəhbərliyi danışıqlar aparmaq niyyətində olmayıb.

26 yaşlı futbolçu yanvarda “Barselona”ya keçid ideyasını yenidən gündəmə gətirməyə hazırdır. O, “Atletiko” azarkeşlərinin özünə münasibətindən məyusdur.

Bununla belə, “Barselona” rəhbərliyi hücum xəttini gücləndirməyə ciddi ehtiyac görmür. Buna səbəb Rafinya Diasın cari mövsümün əvvəlində hücumun mərkəzində möhtəşəm çıxış etməsidir.

“Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti