Hakan Çalhanoğluna yeni müqavilə təklif ediləcək - Daha az maaşla

00:20 İtaliya 78
Hakan Çalhanoğluna yeni müqavilə təklif ediləcək - Daha az maaşla

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda illik 6,5 milyon avro qazanan türkiyəli futbolçuya daha aşağı maaş nəzərdə tutulan yeni müqavilə təklif oluna bilər.

“İnter”in baş məşqçisi Kristian Kivu Çalhanoğlunun komanda üçün əhəmiyyətini yüksək qiymətləndirir və onun ayrılmasını istəmir.

32 yaşlı yarımmüdafiəçi bu mövsüm İtaliya çempionatında 3 oyuna çıxıb və 2 qol vurub. Onun “İnter”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi