Biabırçı hakimlərdən canımızı necə qurtaraq? - Bu da sizə ÇIXIŞ YOLU!

17:00 Premyerliqa 106
Biabırçı hakimlərdən canımızı necə qurtaraq? - Bu da sizə ÇIXIŞ YOLU!

Azərbaycan Premyer Liqasında 6 tur arxada qalıb. Bu 6 turda liqaya damğasını vuran şəxslər birmənalı şəkildə hakimlərimizdir. Artıq narazılıq hər oyunda, hər turda yox, bəlkə də hər ötən gün artır.

Sorğu-sual edəndə isə cavab bir olur - "Olanımız budur”.

Necə olur ki, Premyer Liqada legioner limiti ləğv olunur, klublarımız legionerlərə üstünlük verir?

Səbəbini soruşanda deyirlər ki, yerli futbolçuların səviyyəsi aşağıdır, əcnəbiləri gətirməklə liqanın səviyyəsini qaldırırıq, klublarımızın daha çox inkişaf etməsini istəyirik.

O zaman hakimlərlə də bağlı eyni qərar verilsin. Necə olur yerli futbolçulara gələndə “səviyyəmiz budur”, “olanımız budur” deyib yerimizdə oturmuruq, yorğanımızı ayağımıza görə uzatmırıq, amma hakimlərə gələndə “səviyyəmiz budur”, “olanımız budur” deyirik?

Açığı, mənə görə hakimlərimizin səviyyəsi bu deyil. Bizdə daha yaxşı hakimlər olub, indi də var.

Yox, əgər siz bu iddianı ortaya qoyursunuzsa, “olanımız budur” deyirsinizsə, o zaman futbolçulara yanaşma necədirsə, hakimlərlə bağlı yanaşma da elə olsun. Gedib xaricdən səviyyəli hakimlər gətirək, oyunları şəffaf və ədalətli şəkildə idarə etsinlər.

Əgər məqsəd, məram və niyyət Premyer Liqa oyunlarının şəffaf və ədalətli keçirilməsidirsə, niyə də olmasın?

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti