“Roma”nın baş məşqçisi Can Pyero Qasperini “Bayern”in sabiq müdafiəçisi Rafael Gerreyronu komandasında görmək istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.
Hazırda azad agent statusunda olan 32 yaşlı futbolçu ilə “Roma” maraqlanır. Gerreyronun transferini Qasperini şəxsən istəyir.
Müdafiəçi ilə Yunanıstandan “Olimpiakos” da maraqlanır.
Portuqaliyalı 2023-2026-cı illərdə “Bayern”də çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
