“O, məndən Azərbaycan millisi barədə soruşmayıb” – Ölkəmizdəki tacik

16:40 Turan 136
“O, məndən Azərbaycan millisi barədə soruşmayıb” – Ölkəmizdəki tacik

“Yoldaşlıq oyunları rəsmi matçlardan fərqlənir. Bu, sadəcə dostluq görüşü olacaq”.

Tacikistan millisinin qapıçısı Oleq Baklov Sportinfo.az-a açıqlama verib.

Sentyabrın 23-də 8-ci km stadionunda Azərbaycan və Tacikistan seçmələri arasında baş tutacaq yoxlama matçında “Turan Tovuz”un “çərçivə” qoruyucusu da iştirak edəcək. Hər halda milli kiomandaya dəbət olunanlardan biridir.

31 yaşlı futbolçu istirahət müddətində Tacikistana getməyəcək, yığmanın düşərgəsinə Bakıda qoşulacaq.

O, komandaların gücünü müqayisə edərkən bunları deyib:

“Tacikistana getməyə gərək qalmadı. Onsuz da millimiz Bakıya gələcək, mən də buradakı məşqlərdə iştirak edəcəyəm.

Düzünü desəm, baş məşqçimiz məndən Azərbaycan millisi ilə bağlı heç nə soruşmayıb. İndi elə dövrdür ki, hər cür məlumatlar toplamaq mümkündür.

Digər tərəfdən Azərbaycan yığmasının oyunlarını görməmişəm. Geniş məlumatım yoxdur. Onu deyə bilərəm ki, çempionat gərgin və maraqlı keçir, çox sayda bacarıqlı yerli futbolçular var.

Şanslar barədə söz deyə bilmərəm. Hər iki komanda özünü yaxşı tərəfdən göstərmək, qələbə qazanmaq üçün çalışacaq. Dediyim kimi, bu, sadəcə yoxlama matçıdır”.

Məlum qarşılaşmanın saat 20:00-da başlayacağını da diqqətinizə çatdıraq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti