“Sabah” planlı və gələcəyə hesablanmış transfer siyasəti aparır“

14:40 Sabah 129
“Sabah” planlı və gələcəyə hesablanmış transfer siyasəti aparır“

“Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi klubların fərqli yanaşmaları ilə yadda qaldı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Asadov Pro Bridge”in rəhbəri Emil Əsədov deyib.

FİFA lisenziyalı tanınmış menecer bildirib ki, bəzi komandalar uzunmüddətli strategiyaya əsaslanan və əvvəlcədən planlaşdırılmış addımlar atıblar.

Digərlərinin transfer siyasətində isə tələskənlik, ehtiyatlılıq və müəyyən sistemsizlik hiss olunub:

“Əlbəttə, yeni transferlər haqqında qəti fikir bildirmək üçün zamana ehtiyac var. Futbolçu yeni ölkəyə, çempionata, komandaya və baş məşqçinin oyun fəlsəfəsinə uyğunlaşmalıdır.

Buna baxmayaraq, ilkin oyunlar, futbolçuların əvvəlki göstəriciləri və klubların heyət quruculuğu müəyyən nəticələr çıxarmağa imkan verir.

“Sabah” son iki ildə transfer siyasətində sakit, ardıcıl və peşəkar yanaşma nümayiş etdirir. Klubun seçimlərinin uzunmüddətli müşahidələrə və peşəkar skautların hesabatlarına əsaslandığı görünür.

Belə transferlərin tam bəhrəsini görmək üçün müəyyən müddət tələb olunsa da, Azərbaycan Premyer Liqasının səviyyəsi nəzərə alındıqda, keyfiyyətli futbolçular öz effektivliklərini daha tez göstərə bilirlər.

Bu yay da, demək olar ki, bütün mövqelər üzrə uyğun transferlər həyata keçirilib. Mənim fikrimcə, hazırda əsas ehtiyac qapıçı mövqeyidir.

Doğrudur, Rəvan son iki qarşılaşmada özünü yaxşı tərəfdən göstərib və onun çıxışı klub rəhbərliyinin yeni qapıçı məsələsində gözləmə mövqeyi tutmasına səbəb ola bilər.

Bununla belə, hesab edirəm ki, “Sabah” bu mövqeyə mütləq transfer etməlidir.

Hazırkı qazaxıstanlı qapıçının zədələnməsi və ya oynaya bilməməsi halında Rəvan Çempionlar Liqasının həlledici görüşlərində həm təcrübə azlığı, həm də belə oyunların yaratdığı yüksək psixoloji təzyiqlə üzləşə bilər.

Yerli çempionatdakı uğurlu çıxışla Avropanın həlledici mərhələlərində qapını qorumaq arasında ciddi fərq var. Bu səbəbdən “Sabah”ın daha bir etibarlı və təcrübəli qapıçıya ehtiyacı olduğunu düşünürəm“.

Digər Xəbərlər
Xəbər Lenti