Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Tacikistan seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma 8-ci km qəsəbə stadionunda, saat 20:00-da start götürəcək.
Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək.
Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək.
Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.
Azərbaycan - Tacikistan 0:0
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 19. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 7. Toral Bayramov, 6. Abdulla Xaybullayev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev 21. Rəhim Sadıxov 22. Musa Qurbanlı
Baş məşqçi: Ayxan Abbasov
Tacikistan: 23 Baklov, 20 Karamatullozada, 6 Hanonov, 2 Z. Cüraboyev, 3 İslomov, 18 Şukurov, 15 Mabatşoyev, 7 Umarbayev, 10 Cəlilov, 5 İrqaşev, 9 Soirov.
Baş məşqçi: İqor Anqelovski
