“Mənə 41 yaşa qədər oynamağa heç vaxt icazə verməzlər”

22:20 Fransa 81
“Mənə 41 yaşa qədər oynamağa heç vaxt icazə verməzlər”

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappedən Portuqaliya yığmasının forvardı Kriştiano Ronaldo kimi 41 yaşına qədər milli komandada çıxış edib-etməyəcəyi soruşulub.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, fransalı futbolçu bu suala belə cavab verib:

“Gəlin, dürüst olaq: oynadığım ölkəni nəzərə alsaq, Fransa mənə 41 yaşa qədər oynamağa heç vaxt icazə verməz (gülür).

Amma Ronaldo göstərir ki, fiziki və psixoloji cəhətdən yaxşı vəziyyətdəsənsə, uzun müddət belə yüksək səviyyədə çıxış etmək mümkündür. Ancaq mənim vəziyyətimdə bunun belə olacağını düşünmürəm”.

Fransa millisi hazırda Millətlər Liqasının startına hazırlaşır. Zinəddin Zidanın rəhbərlik etdiyi komanda sentyabrın 25-də, turnirin ilk turunda səfərdə Türkiyə yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti