Bu, "Qəbələ"yə qəsd deyilmi?

13 Noyabr 2022 09:40 Qəbələ 583
Bu, "Qəbələ"yə qəsd deyilmi?

Bilən var bəlkə, qoy, mənə desin, Ülvi İsgəndərovun hər tur ehtiyatda qalimasının səbəbini.

Qaranlıq qalıb mənə. Nə vaxt baxıram, o, əsas heyətdəkilərə kənardan həsrətlə boylanır.

Öz aramızdır, Ülvi çox təmkinli və sakit futbolçudur. Başqası olsaydı onun yerində, dünyanı dağıdardı.

Ülvi indən belə neçə il top arxasınca qaçacaq, deyəmmərəm. Ona əminəm ki, ömür qatarını sürdüyü müddətcə Elmar Baxşıyevi bir gün də «yaddaş kartı»ndan silib atmayacaq, daim xatırlayacaq.

Karyerasını korlayan ən pis məşqçi kimi. İsgəndərovun neçə oyunda «Qəbələ»ni xilas etməsini, qələbə qazandırmasını elə mən xatırlayıram.

Ötən tur da «Zirə»yə mövsümün qolunu vurmuşdu. Meydanın mərkəzindən.

Baxşıyevin haqqında «çempionatın ən qeyri-adi hücumçusu» ifadəsini işlətdiyi forvardı «Neftçi» ilə qarşılaşmaya da start heyətində daxil etməməsini böyük təəssüf və heyrət içində qarşıladım.

Baxşıyevin yanlış seçim(lər)i yenə «Qəbələ»yə baha başa gəldi, minimum xaldan məhum elədi.

O, oyundan sonra «vurmayana vurarlar» deyimini yada saldı. Qol duyumu yüksək Ülvini son «kozır» kimi həmişə axır 20-25 dəqiqəyə saxlayan Baxşıyev «Neftçi»yə məğlubiyyətin əsas günahkarıdır.

Ramon Moçado və Felipe Santos ilk hissədə elə epizodları qaçırdı, Ülvi olsaydı, azından iki dəfə fərqlənmişdi.

Bir nömrəli «qol silah»ını ehtiyatda saxla, sonra da de ki, «vurmayana vurarlar» - bu, «Qəbələ»yə qəsddir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti