Azərbaycan klubları UEFA-dan pul alacaq: Hər oyuna və hər oyunçuya görə

Azərbaycan klubları UEFA-dan pul alacaq: Hər oyuna və hər oyunçuya görə

UEFA 2024-25 mövsümündə Millətlər Liqasında mübarizə aparmış milli komandalara futbolçu göndərən klublara ödəniş edəcəyini açıqlayıb.

Sportinfo.az qitə futbol qurumuna istinadən xəbər verir ki, məlumatda UEFA-ya üzv assosiasiyaların çempionatlarında çıxış edən 611 kluba ümumilikdə 31,5 milyon avro ödəniləcəyi bildirilib.

Ödənişlər Millətlər Liqasının 2024-25 və 2026-27 mövsümünün, eləcə də AVRO-2028-in seçmə mərhələsində millilərə futbolçu göndərən klublar üçün ayrılmış 104 milyon avroluq vəsaitin bir hissəsidir.

Buna əsasən, Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsi oyunlarında millinin heyətində yer alan hər bir futbolçu üçün klublara oyun başına 3845 avro ödəniləcək. AVRO-2028-də isə ödəniş futbolçu başına gündəlik əsasda hesablanacaq.

Avropanın digər ölkələrində olduğu kimi, Azərbaycan klubları da bu ödənişdən öz paylarına düşəni alacaqlar.

Açıqlamada həmçinin vurğulanıb ki, milli komandaya 16 futbolçu göndərən Almaniyanın “Leypsiq” klubu 353 min avro ilə ən çox gəlir əldə edən klub olub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri