İsveçli hücumçusuna qiymət qoydu - “Sabah”ın rəqibi

18:40 İngiltərə 104
İsveçli hücumçusuna qiymət qoydu - “Sabah”ın rəqibi

“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Arsenal” hücumçusu Viktor Qyokereşi hansı məbləğə sata biləcəyini müəyyənləşdirib.

Sportinfo.az “TuttoJuve”-yə istinadən xəbər verir ki, “topçular” isveçli forvard üçün 70 milyon avrodan başlayan təkliflərə baxmağa hazırdır.

Bununla yanaşı, hücumçunun qış transfer dönəmində icarəyə göndərilməsi variantı tamamilə istisna edilir.

Qyokereşlə “Yuventus” və “Milan” maraqlanır. Ancaq “Arsenal”ın 70 milyon avro tələb etməsi transferi çətinləşdirir. Bu məbləğ İtaliya klubları üçün yüksək hesab olunur.

28 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 5 oyunda meydana çıxıb. Onun “Arsenal”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti