Azərbaycanın U-21 yığmasının sabiq hücumçusu Bilal Sezerlə karyerasını başa vurub.
Sportinfo.az xəbər verir ki, o, 32 yaşında aktiv futbolçu karyerasını yekunlaşdırmaq qərarına gəlib.
O, bu yaya qədər Almaniyada aşağı liqa təmsilçisi “Baumberq”də oynayıb. Sezer 2015/2016 mövsümündə Azərbaycanın U-21 yığmasında çıxış edib.
Vaxtilə “Borussiya”(Münhenqladbax) yetirməsi olan və gələcəyinə böyük ümidlər bəslənilsə də, o, bunları qarşılaya bilməmişdi.

