Mikayıl Cabbarov dünya çempionu olan millini təbrik etdi - FOTO

07:40 Güləş 144
Mikayıl Cabbarov dünya çempionu olan millini təbrik etdi - FOTO

Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində çimərlik güləşi üzrə milli komandamız tarixi uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan milli komandası tarixində ilk dəfə çimərlik güləşində dünya çempionu olub", - o bildirib və əlavə edib ki, Vüsal Əliyev (80 kq) və Əşrəf Aşırov (90 kq) qızıl, Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq) və Camal Feyziyev (+90 kq) isə bürünc medal qazanıblar.

O, bu uğurun əldə olunmasında baş məşqçinin pay sahibi olduğunu qabardıb:

"Bu uğurun əldə olunmasında pay sahibi olan, dünyanın ən yaxşı baş məşqçisi seçilən Oyan Nəzəriani başda olmaqla, bütün güləşçilərimizi, onların valideynlərini, şəxsi məşqçilərini və federasiya nümayəndələrini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq".

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri