Fransalı hücumçunun transferində maraqlıdır - “Sabah”ın rəqibi

21:40 İngiltərə 78
Fransalı hücumçunun transferində maraqlıdır - “Sabah”ın rəqibi

“Bornmut”un hücumçusu Eli Junior Krupi “Arsenal”ın maraq dairəsində qalmaqda davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun Football” məlumat yayıb.

“Arsenal”la yanaşı, “Tottenhem” və PSJ də 20 yaşlı futbolçunun transferi uğrunda mübarizə aparmaq niyyətindədir.

“Bornmut” isə Krupinin gedişini yalnız klub tarixində rekord məbləğə satmaq variantı ilə nəzərdən keçirməyə hazırdır.

Fransalı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir. “Transfermarkt” onun bazar dəyərini 70 milyon avro qiymətləndirir.

Krupi ötən mövsüm İngiltərə Premyer Liqasında 33 oyuna çıxıb və 13 qol vurub.

Onun transferində maraqlı olan “Arsenal” Çempionlar Liqasının əsas mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti