“Qarabağ” rəhbərliyi illərdir aktual olan böyük problemi aradan qaldırdı - MÜHÜM XƏBƏR!

13:00 Qarabağ 290
“Qarabağ” rəhbərliyi illərdir aktual olan böyük problemi aradan qaldırdı - MÜHÜM XƏBƏR!

«Qarabağ» rəhbərliyi uzun müddətdir üzərinə düşdüyü problemi, nəhayət ki, həll edə bilib.

Akademiya yaratmaq üçün illərdir torpaq axtarışına çıxmış yönətim artıq arzuladığı məkanı tapıb.

Həmin ərazi Suraxanı rayonunda yerləşir. Sahə bir neçə hektardır.

Bura SOCAR-ın balansındadır. Klubun başbilənləri neft şirkəti ilə danışıqlar apararaq, ərazini uzunmüddətli icarəyə götürmək barədə razılığa gəlib.

Anlaşmanın yaxın günlərdə rəsmiləşməsi planlaşdırılır.

Ağdam təmsilçisi bu prosesin ardınca orada tikinti işlərinə start verəcək. Akademiya binası və futbolçuların qalması üçün otel inşa olunacaq.

Həmçinin 10-a yaxın meydançanın salınması nəzərdə tutulub.

«Qarabağ»ın prezidenti Tahir Gözəl ilkin mərhələdə uşaq futboluna nə qədər vəsait ayıracağını hələ inişil açıqlayıb.

30 ilə yaxındır ölkə futboluna xidmət edən tanınmış iş adamı 2 milyon manatından keçməyə hazır olduğunu bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti