"Qarabağ" ilə "Zirə" razılaşdı - Günü, yeri, saatı

2 Oktyabr 08:50 Qarabağ 954
"Qarabağ" ilə "Zirə" razılaşdı - Günü, yeri, saatı

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədə hazırlığı davam etdirən "Qarabağ" və "Zirə" yoxlama oyununda üz-üzə gələcəklər.

Sportinfo.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandalar arasında görüş oktyabrın 3-də, “Azersun Arena”nın məşq meydançasında keçiriləcək. Oyun saat 17:00-da başlayacaq.

Bildirilib ki, yoxlama matçı yalnız media nümayəndələri üçün açıq olacaq.

Hazırda Misli Premyer Liqasında "Qarabağ" 13 xalla 3-cü (5 oyuna), "Zirə" isə 10 xalla 5-cidir (6 oyuna).

Digər Xəbərlər
Xəbər Lenti