“Hamımız peşmanıq, bilmirəm niyə belə etdik, özümüz də başa düşmürük ki...”

10:40 Milli komanda 187
“Hamımız peşmanıq, bilmirəm niyə belə etdik, özümüz də başa düşmürük ki...”

Azərbaycan millisinin yarımmüdafiəçisi Ayxan Hüseynov Lixtenşteynlə 0:0 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının oyunundan sonra danışıb.

Sportinfo.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında komandanın yalnız qələbə üçün meydana çıxdığını bildirib:

“Hamımız peşmanıq. Hamımız ancaq qələbəni fikirləşirdik. Yenə də çoxlu epizoda girdik, təəssüf ki, amma onları qola çevirə bilmədik.

Bilmirəm, əslində niyə belə etdik. Neçənci oyundur ki, belə yaxşı imkanlar yaradırıq, amma onları qola çevirə bilmirik.

Özümüz də başa düşmürük ki, niyə. Oturub fikirləşməliyik ki, növbəti oyunda daha konsentrasiyalı, daha istəkli meydana çıxaq və qələbə qazanaq”.

A.Hüseynov Lixtenşteynlə heç-heçənin komanda üçün məğlubiyyətə bərabər olduğunu deyib:

“Əlbəttə, bu nəticə bizi qıcıqlandırır. Onlar üçün bəlkə də qələbə kimidir.

Amma bizdə elə bil məğlubiyyət kimi oldu bu bir xal. Çünki biz ancaq qələbəni düşünürdük.

Alınmadı. Futbol belədir. Qələbə qazanmaq istəyirsənsə, qol vurmalısan.

Biz də bu gün bunu edə bilmədik. İnşallah, gələn oyuna üç gün var.

Çalışıb maksimum hazırlaşacağıq. Bu oyunu yadımızdan çıxarıb Litva ilə qarşılaşmaya hazırlaşacağıq”.

Futbolçu Litva ilə oyunda yarana biləcək psixoloji gərginlik barədə də danışıb:

“Yenə deyirəm, epizodlarımız var idi. Əslində 6-7 qol vura bilərdik. Onları vursaydıq, bu gün hamı sevinə-sevinə burada gülüb danışardı.

Amma edə bilmədik. İnşallah, Litva ilə oyunda bunları həyata keçirməyə çalışacağıq”.

A.Hüseynov azarkeşləri sevindirmək istədiklərini və qarşıdakı oyunda bunu etməyə çalışacaqlarını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri