"Turan Tovuz"dan jest - “Fənərbağça” ilə oyuna səfər pulsuz olacaq

2 Oktyabr 01:50 Turan 345
"Turan Tovuz"dan jest - “Fənərbağça” ilə oyuna səfər pulsuz olacaq

“Turan Tovuz” “Fənərbağça” ilə Bakıda keçiriləcək oyun üçün azarkeşlərə səfər təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, oktyabrın 3-də saat 09:30-da Tovuz stansiyasından “Qərb Ekspress” qatarı, Tovuz şəhər stadionunun qarşısından isə avtobuslar Bakıya yola düşəcək.

Azarkeşlərdən yola düşmə vaxtından 1 saat əvvəl təyin olunan məntəqələrdə olmaları xahiş edilib. Səfərlə bağlı bütün xərclərin klub tərəfindən qarşılanacağı bildirilib.

Səfərdə iştirak etmək istəyən 18 yaşdan yuxarı şəxslər şəxsiyyət vəsiqələri ilə Tovuz şəhər stadionuna müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Klub səfərə yollanacaq azarkeşlərə oyun bileti və komandanın formasının hədiyyə olunacağını da açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM