Kapitanın transfer qiymətini müəyyənləşdirdi - Premyer Liqa nəhəngi

21:40 İngiltərə 89
Kapitanın transfer qiymətini müəyyənləşdirdi - Premyer Liqa nəhəngi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes komandadan ayrıla bilər.

Sportinfo.az “The Daily Briefing”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 32 yaşlı kapitan üçün 50 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazırdır.

Bununla belə, portuqaliyalı yarımmüdafiəçi baş məşqçi Maykl Karrikin layihəsinə inanır və “Mançester Yunayted”lə əməkdaşlığı davam etdirməyə açıqdır.

Fernandes bu mövsüm bütün turnirlərdə 7 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti