"Cırtdanlar”ı uda bilməmək fiaskodur, amma millimiz tək deyil - ŞOK SİYAHI!

21:00 Milli komanda 148
"Cırtdanlar”ı uda bilməmək fiaskodur, amma millimiz tək deyil - ŞOK SİYAHI!

Azərbaycan millisinin doğma meydanda Lixtenşteynlə qolsuz bərabərə qalması şok effekti yaratdı.

Futbol ictimaiyyətində böyük hərəkətlilik var.

Hər kəs futbolçularımızı asır-kəsir, baş məşqçi tənqid olunur, milli komanda hədəfə çevrilib, federasiyaya iradlar səslənir.

Həqiqətən, nəticə üzücüdür, bibırçılıqdır, fiaskodur.

Nə desək, azdır. Məğlubiyyətə bərabər bir heç-heçədir.

Amma maraqlıdır, Lixtenşteynlə oyunda büdrəyən ilk milli komanda bizikmi?

Bir qədər tarixi vərəqləyəndə görürük ki, siyahı heç də qısa deyil.

Bu balaca ölkənin milli komandası vaxtilə Avropanın müxtəlif ölkələrindən olan komandaları da büdrətməyi bacarıb.

Finlandiya iki dəfə bu milli ilə xalları yarı bölüb. Hər iki halda 1:1 hesabı qeydə alınıb.

Ermənistan yığması son 6 ildə 3 dəfə (1:1, 0:0, 2:2) Lixtenşteynlə heç-heçə edib

Lüksemburq 6 il əvvəl "cırtdan"lara 1:2 məğlub olub.

Heç -heçə edənlər arasənda Yunanıstan (1:1), Slovakiya (1:1), Monteneqro (0:0), İslandiya (1:1) qədər güclü və Portuqaliya (2:2) kimi nəhəng milli də var.

Yəni Lixtenşteynin tarixində belə nəticələr var. Bu, əlbəttə, Azərbaycan millisinin doğma meydanda qolsuz heç-heçəsini bəraət qazandırmır. Nəticənin nə qədər məyusedici olduğunu dəyişmir.

Sadəcə göstərir ki, Lixtenşteynlə qarşılaşmada büdrəyən ilk komanda Azərbaycan deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti