Almaniyalını transfer etmək istəyir - “Liverpul”

01:30 İngiltərə 61
Almaniyalını transfer etmək istəyir - “Liverpul”

“Brentford”un yarımmüdafiəçisi Kevin Şade qış transfer dövründə klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

“Liverpul” 24 yaşlı vingeri yanvar transfer dönəmində heyətinə qatmaq variantını nəzərdən keçirir.

Mersisayd təmsilçisi Şadenin mövsümün əvvəlindəki çıxışından razı qalıb. Almaniyalı futbolçu keçirdiyi 5 oyunda 3 qol vurub.

“Transfermarkt” portalı Şadeni 35 milyon avro dəyərində qiymətləndirir. Futbolçunun “Brentford”la müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

“Liverpul” İngiltərə Premyer Liqasında 5 turdan sonra turnir cədvəlinin 6-cı, “Brentford” isə 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri