“Gəncəbasar” Gəncəni hansı rayona dəyişdi?

03:50 I Divizion 78
“Gəncəbasar” Gəncəni hansı rayona dəyişdi?

Birinci Liqa təmsilçisi “Gəncəbasar" övbəti ev oyununu Gəncə şəhər stadionunda keçirməyəcək.

Sportinfo.az xəbər verir ki, komanda çempionatın dördüncü turunda “Baku Sportinq”i Yevlax şəhər stadionunda qəbul edəcək.

Gəncədəki stadionun ot örtüyündə problem yarandığından rəhbərlik Yevlaxda oynamaq variantını uyğun sayıb.

Bu yay “Kəpəz”in İdarə Heyətinin sabiq sədri İlqar Nadiri “Cəbrayıl”ı alıb və klubun adı dəyişdirilib.

Elhad Nəzirinin rəhbərlik etdiyi “Gəncəbasar” Birinci Liqanın ilk üç turunda maksimum xal toplayıb. Sözügedən kollektiv turnir cədvəlinin ikinci liderindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri