“Sportinfo TV“də yayımlanan “Sport Xəbər“in növbəti buraxılışı efirə gedib
. Aytən Mustafayevanın təqdimatında izləyicillərin görüşünə gələn xəbər büllitenində bir neçə məlumat diqqətə çatdırılıb.
Bildirilib ki, “Neftçi“ 5 yeni gənc futbolçunu düşərgəsiən qatıb. Qvineyadan olan Abubakar Kamano və Diallo Cibu, seneqallılar Adama Diarra və Sissoko Salumu, həmçinin qambiyalı Albert Qomez hazırda buradadır.
Onların hər biri ilə satınalma hüququ “Neftçi”yə məxsus olmaqla mövsümün sonunadək icarə müqaviləsi bağlanıb.
Afrikalılar ilkin mərhələdə “ağ-qaralar“ın əvəzedici heyətində forma geyinəcək.
Barələrində müsbət rəy verilərsə, kiçik təzminat qarşılığında birdəfəlik transfer ediləcəklər. Belədə uzunmüddətli müqavilələr imzalanacaq, əsas komandanın məşq prosesinə cəlb olunacaqlar.
Bakılılar adıçəkilən cavanları sonradan başşqa bir yerə satarsa, qazanacağı vəsaitin 20 faizini onları aldığı klubun/akademiyasının hesabına köçürəcək.
Cavid Hüseynovu görəvdən alan ”Araz-Naxçıvan”ın baş məşqçi seçimi ilə bağlı maraqlı detal üzə çıxıb.
Muxtar Respublika təmsilçisinin nəzərdən keçirdiyi əsas namizədlərdən biri hazırda “Kasımpaşa”da Emre Belözoğlunun köməkçisi işləyən İlker Püren olub.
“Araz-Naxçıvan”ın yekun seçim mərhələsində iki əsas namizəd qalıb: İlker Püren və Yuri Maksimov.
Klub daxilində aparılan müzakirələrdən sonra isə seçim Yuri Maksimovun üzərində dayanıb.
FİFA prezidenti Hövsanda aparılan kompleks tikinti işlərinin keyfiyyətini və miqyasını bəyənib, AFFA-ya təşəkkür eləyib. Bildirib ki, təşlkilat öz üzərinə düşən vəzifəni yüksək səviyyədə və peşəkarlıqla icra etməklədir.
Dünya çempionatı oktyabrın 22-dən 31-dək düzənlənəcək və mundialın oyunları Hövsanda inşa olunan kompleksdə keçiriləcək.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
