Kontraktını 1 illik uzatdılar, 8000 manat maaşa razı qaldı

09:40 Araz-Naxçıvan 193
Kontraktını 1 illik uzatdılar, 8000 manat maaşa razı qaldı

Millinin müdafiəçisi Abdulla Rzayevin hazırkı maaşı müəyyənləşib.

Ayxan Abbasovun ölkənin əsas yığmasına cəlb etdiyi gənc «Araz-Naxçıvan»dan 8000 manat əməkhaqqı alır.

Bu isə onun ötən mövsümün ikinci yarısını keçirdiyi «Şamaxı»da qazandığı məbləğdən 5000 manat çoxdur.

İcarə müqaviləsi birillikdir - o, 2027-ci ilin yayınadək ağ-qırmızı formanı geyinəcək.

«Sabah» müq avilə ilə ona məxsus olan Rzayevi elə-belə «Araz»a göndərməyib.

Arxa xətt oyunçusu onlarla kontrakt müddətini daha 1 il uzatmağa razılıq verəndən sonra Naxçıvan təmsilçisinin düşərgəsinə yollanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri