FIFA “Fənərbaxça”ya tətbiq etdiyi transfer qadağasını götürdü

2 Oktyabr 10:20 Türkiyə 351
FIFA “Fənərbaxça”ya tətbiq etdiyi transfer qadağasını götürdü

FIFA “Fənərbaxça”ya tətbiq etdiyi 3 transfer pəncərəsi müddətinə qoyulan qadağanı ləğv edib.

Sportinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə məlumat ali futbol qurumunun rəsmi saytında yer alıb.

Məlumata görə, “sarı-lacivərdlilər” mərakeşli hücumçu Yusuf En-Nesirinin transferi ilə bağlı borcunu tam tənzimlədikdən sonra FIFA tərəfindən qoyulan məhdudiyyət götürülüb.

Bu addımla İstanbul təmsilçisi növbəti transfer pəncərələrində heç bir maneə olmadan yeni futbolçular heyətə qata biləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM