“Qarabağ”ın kənarda qalan 3 oyunçusu ilə bağlı XƏBƏR

01:00 Qarabağ 94
“Qarabağ”ın kənarda qalan 3 oyunçusu ilə bağlı XƏBƏR

“Qarabağ” futbol klubunun zədəli futbolçularının son durumu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zakaria Savonun zədəsi tam sağalıb. 26 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb.

“Köhlən atlar”ın hazırda zədəli olan digər futbolçuları isə Elvin Cəfərquliyev və Bəhlul Mustafazadədir.

Elvin Cəfərquliyev sentyabrın əvvəlində zədəsi səbəbindən əməliyyat olunub. O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə cavab oyununda zədələnib.

Müayinələr zamanı futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələnin distal vətərində zədələnmə aşkarlanıb.

Cinah müdafiəçisinin yaşıl meydanlara dönüş tarixi qeyri-müəyyəndir.

Bəhlul Mustafazadənin isə daha əvvəl əməliyyat olunan ayaq nahiyəsində yenidən problem yaranıb. Bu səbəbdən müdafiəçi təkrar əməliyyat keçirib.

Futbolçunun təxminən dörd həftə sonra bərpa prosesinə başlayacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri