Azərbaycanın 12 elitar klubundan biri fəaliyyətini dayandıracaqmı? - ŞOK AÇIQLAMA!

14:00 Problem 285
Azərbaycanın 12 elitar klubundan biri fəaliyyətini dayandıracaqmı? - ŞOK AÇIQLAMA!

«Himayədarların geri çəkilməsi və lubun tezliklə fəaliyyətini dayandıracağı haqda son günlər yayılan xəbərlərin heç bir əsası yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şəfa»nın vitse-prezidenti Əfran İsmayılov deyib.

22 ildən sonra Premyer Liqaya qayıtmış paytaxt təmsilçisinin ağır dönəmdən keçməsinə dair informasiyalar var.

İddialara görə, «ağ-göylər» külli miqdarda borc içindədir.

Deyilənə görə, aylar ərzində üst-üstə yığılan borclar o qədərdir ki, sponsorlar artıq onları qaytara bilmir.

Söz-söhbətlərə inansaq, «Şəfa»nın dəstəkçiləri bu vəziyyətdən çıxış yolunu klubu pulsuz təhvil verməkdə görür.

Əfran İsmayılov isə bu məlumatların həqiqətdən uzaq olduğunu bildirir:

«Kaş hər klubun belə rəhbərliyi olardı. «My Qrup» həmişə olduğu kimi, yenə «Şəfa»nın arxasındadır.

Klubun inkişafı üçün əllərindən gələni edirlər, nə qədər lazımdır, o qədər pul xərcləyirlər. «Şəfa»nın dağılmaq və ya sponsorlarını dəyişmək ehtimalı 0 faizdir.

Bu, qətiyyən real deyil, olmayacaq. Əksinə, rəhbərliyin futbolla bağlı böyük planları var, onlar tədricən icra edilməkdədir.

Kluba vəsait ayıran şirkət, onun başçısı futbol sevgisi ilə yaşayır, daim görülən işlərlə maraqlanır. Əgər onlarda başqa niyyət olsaydı, Avropa Klublar Birliyinin (ECA) Danimarkanın paytaxtı Kopenhagendə keçirilən toplantısına getməzdilər.

Orada bir sıra mühüm görüşlər keçiriblər. Bu da göstərir ki, «Şəfa»ya büdcə ayıran şəxslər futbolun incəliklərini bilmək və öyrənmək istəyir.

Çox həvəslidirlər. Biz gündəlik iş əsnasında təmasdayıq, klubun fəaliyyətinə necə həssas yanaşdıqlarını görürəm.

«Şəfa» Premyer Liqaya yeni qayıdıb, cəmi bir neçə aydır. Burada xərclər çoxdur.

Hər gün bu işlərlə məşğuluq. Kimlərə borclu qala bilər.

Guya bu gün başqa klubların borcu yoxdur ki? Axtarsaq, bəlkə də hamısının ora-bura verəcəyi var.

«Şəfa»nın kiməsə, kimlərəsə borcu yaranıbsa, narahatlığa əsas görmürük - hamısı ödəniləcək. İndiyədək bununla bağlı heç kim mənə birbaşa müraciət etməyib.

Hansısa şəxs, otel sahibi, yaxud başqası deməyib ki, «Şəfa» üçün bu işi görmüşük, indi pulumuzu ala bilmirik. Əgər belə hal mövcud olsa belə, onu tezliklə aradan qaldıracağıq.

Premyer Liqada ilk addımlarını atan klub üçün bunlar normal haldır. Amma müvəqqətidir. «Şəfa»nın himayədarları futbola yeni gəlib, irəlidə hələ çox böyük işlər görəcəklər».

"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov

Digər Xəbərlər
Xəbər Lenti