“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Polşa millisinin toplanışında Robert Levandovski ilə maraqlı dialoqu ilə diqqət çəkib.
Sportinfo.az xəbər verir ki, Polşa Futbol Federasiyasının “Łączy nas piłka” kanalında yayımlanan yeni vloqda Puxaçın Levandovski ilə görüşü əks olunub.
Milli komandanın kapitanı əvvəlcə zarafatla çəhrayı papaqlı şəxsin kim olduğunu soruşub. Puxaç isə Levandovskini görəndə ona “əmi” deyə müraciət edib və otelə niyə müəyyən olunmuş vaxtdan gec gəldiyini soruşub.
Puxaç xatırladıb ki, futbolçular saat 18:00-dək toplanmalı idilər, Levandovski isə yeddi dəqiqə gecikib.
“Barselona”nın sabiq hücumçusu buna “müxtəlif əşyaları imzalamaq bəzən uzanır” cavabını verib. Puxaç və Karol Sviderski Levandovskinin geyimi ilə bağlı da zarafat ediblər.
Söhbət səmimi atmosferdə keçib. Futbolçular Puxaçın hazırda çıxış etdiyi Azərbaycandan Polşaya səfərlər barədə də danışıblar.
