“Turan Tovuz” və “Fənərbaxça” arasında yoldaşlıq oyununun fiziki biletləri satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Qərb bölgəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Biletləri bu gündən etibarən saat 18:00-dək, 3 oktyabr tarixində isə oyunun başlanma saatınadək Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.
Qarşılaşma sabah keçiriləcək və saat 20:00-da start götürəcək.
